“Bu açıqlamalar Ermənistan rəhbərliyini iflic edib”

“Bu açıqlamalar Ermənistan rəhbərliyini iflic edib”
  29 Oktyabr 2014    Oxunub:2958
AFR XİN-in sənədinin əsli erməni təbliğat maşınının “alnına vurulan ölümcül zərbədir”
Almaniya Xarici İşlər Nazirliyi “Die Linke” parlament fraksiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavab verib.

AzVision.az AzərTac-a istinadən xəbər verir ki, XİN-in cavabında bildirilir ki, gözlənildiyi kimi, XİN-in cavabları Ermənistanın siyasi rəhbərliyini iflic vəziyyətinə salıb:

“Vahimə içində olan Ermənistan rəhbərliyi aldadılan xalqı qarşısında özünü təmizə çıxarmaq üçün əlaltından təbliğat orqanlarına vəziyyəti bir təhər də olsa, təcili surətdə düzəltmək göstərişi verib. Onlar da “qədim beyinlərini var qüvvəsi ilə sıxıb”, Azərbaycan KİV-lərini yalan məlumat yaymaqda ittiham etməkdən daha ağıllı çarə düşünüb tapa bilməyiblər.

Azərbaycan tərəfinin nə deputatların suallarında, nə də XİN-in cavablarında bir kəlmə belə dəyişmədiyini nəzərə alsaq, Azərbaycanın ünvanına səslənən sərsəm ittihamlar həm də Almaniyanın ünvanına ittiham deməkdir.

Nacins erməni təbliğat maşını ilə 25 illik ünsiyyət təcrübəmiz bizə göz qabağında olanı erməni tərəfinə izah etməyin mənasızlığını xatırladır. Bu səbəbdən onun bizi kimin yalan danışması, kiminsə həqiqət saçması barədə səfeh söhbətlərə cəlb etməsinə imkan verməyək. Bunun əvəzində dinməz-söyləməz ilkin mənbəni - AFR XİN-in deputat sorğusuna alman dilində yazılı cavabının fotosurətini dərc edək.

Şübhə etmirik ki, Ermənistanın Almaniyadakı səfiri Vaan Ovanisyan (indi o, missiyasının iflasa uğramasına, onsuz da dilənçi vəziyyətində yaşayan erməni vergi ödəyicisinin pullarını səmərəsiz banketlərə xərclənməsinə görə izahat verməli olacaq) tabeliyində olan adamlar arasında alman dilini yaxşı bilən erməni tapacaq və o da bu sənədi Serj Sarkisyan üçün tərcümə edəcək! Amma bax, “möcüzəli” qara kürü və neft dollarları barədə cəfəng şərhlər olmadan!”.




Teqlər:  





Xəbər lenti