ABŞ-dan Azərbaycan və Ermənistana sülh çağırışı

ABŞ-dan Azərbaycan və Ermənistana sülh çağırışı
  29 Oktyabr 2014    Oxunub:1517
“ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir”.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.

“Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri ikiqat artırmağa və əsas diqqəti bölgə sakinlərinə sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”.

Qeyd edək ki, dünən Parisdə Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın iştirakı ilə görüşüblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.(APA)


Teqlər:  





Xəbər lenti