ABŞ-dan Kəlbəcər girovlarına biganə münasibət

ABŞ-dan Kəlbəcər girovlarına biganə münasibət
  29 Oktyabr 2014    Oxunub:2152
ABŞ Dövlət Departamenti Kəlbəcər girovlarının “məhkəmə”sini şərh etmir.

AzVision.az-ın məlumatına görə, jurnalistlər üçün keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki bəyan edib ki, ABŞ tərəfi bu işin baxılmasında iştirak etmir.

“Bu cür işlərlə bağlı bizdə helə də çox məlumat olmur”, - deyə Psaki bildiirb

ABŞ Dövlət Departamenti hər iki tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çağırır: “Biz tərəfləri regionda sülhün təmin olunması üçün danışıqlar masasında səyləri artırmağa çağırırıq”

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Oktyabrın 27-də isə Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun ilk məhkəmə prosesi keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti