Ukraynada siyasi böhran : Yatsenyuk Poroşenkonu saymadı

Ukraynada siyasi böhran : Yatsenyuk Poroşenkonu saymadı
  29 Oktyabr 2014    Oxunub:3154
Ukraynanın baş naziri, “Xalq Cəbhəsi” partiyasının lideri Arseniy Yatsenyuk ölkə prezidenti Pyotr Poroşenkonun birgə koalisiya yaratmaq təklifindən imtina edib.
AzVision.az-ın “RBK-Ukrayna” istinadən verdiyi məlumata görə, Yatsenyuk özü koalisiya yaratmaq istəyini açıqlayıb.

Belə ki, Yatsenyuk “Özünəkömək” partiyasının lideri, Lvov şəhərinin meri Andrey Sadavova, Ukraynanın sabiq prezidenti Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası və Oleq Lyaşkonun radikal partiyasına koalisiya yaratmaq barədə təklif göndərib.

“Biz səslərin paralel olaraq sayılması prosesini başa çatdırmışıq və mən buradan bəyan edirəm ki, “Xalq Cəbhəsi” koalisiya yaradılması prosesinə başlayır. Mən koalisiyanın formalaşdırılması üçün milyonlarla ukraynalının səs verdiyi Yuliya Timoşenkonun “Batkivşina”, Andrey Sadavoyun “Özünəkömək” və Oleq Lyaşkonun “Radikal” partiyası ilə danışıqlara başlayacam”, -deyə Yatsenyuk bildirib.

Qeyd edək ki, Ukraynada bazar günü keçirilən parlament seçkiləri keçirilib. Hazırda protokolların 98.02 faizi hesablanıb.

Hazırda baş nazir Arseniy Yatsenyukun liderlik etdiyi “Xalq Cəbhəsi” 22,16%-lə irəlidədir. Ölkə prezidenti Pyotr Poroşenkonun bloku isə seçicilərin 21,82%-nin səsini toplayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti