Azərbaycanda detektiv film çəkilişi başladı

Azərbaycanda detektiv film çəkilişi başladı
  03 May 2013    Oxunub:2036
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı yeni filmin istehsalına başlanılıb.
Kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək filmin rejissoru Əməkdar İncəsənət Xadimi Fikrət Əliyev, ssenari müəllifi yazıçı İlqar Fəhmidir.

Detektiv-komediya janrında çəkiləcək filmin aktyor heyəti hələ tam təsdiqlənməsə də “Sınaq” studiyasında artıq yeni filmə hazırlıq mərhələsi gedir (Azərtac).


Teqlər:





Xəbər lenti