3 nəfər fəhləni bıçaqlayan şəxs tutulub - Açıqlama

3 nəfər fəhləni bıçaqlayan şəxs tutulub - Açıqlama
  29 Oktyabr 2014    Oxunub:1349
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ötən gün Bakıda baş verən qətllə bağlı birgə məlumat yayıb.
Bakı Şəhər Prokurorluğundan verilən məlumatda bildirilir ki, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunun qarşısında həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçması və E.Kərimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu, həmçinin Xətai rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti