Putinlə Ərdoğanın əsas fərqi - sensasion təhlil

Putinlə Ərdoğanın əsas fərqi - sensasion təhlil
  30 Oktyabr 2014    Oxunub:1947
“The Guardian” Qərbi Ərdoğanla anlaşmağa çağırdı
“Le Monde” qəzetinin keçmiş redaktoru Natali Nuqayred “The Guardian” üçün hazırladığı yazısında Rusiya və Türkiyə prezidentlərini müqayisə edir. Onun düşüncəsinə görə, bu iki lider arasında oxşar xüsusiyyətlər çox olsa da, ortada fərqli məqamlar da var. Bu fərqlərdən birindən Avropa öz xeyrinə istifadə edə bilər.

“Bu iki hikkəli kişi böyük ölkələri idarə edirlər. Həmin ölkələr Avropa ilə sərhəddə yerləşir. Onlar Qərbi söyürlər, Qərb isə bu iki liderə heç cür doğru yanaşma tapa bilmir. Belə bir təəssürat var ki, çox nadir həftələr ola bilər ki, bu iki lider ABŞ və Avropaya hücum etməsinlər. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bu məsələdə həmrəylik sərgiləyirlər. Onların tənqidləri müvafiq olaraq Suriya və Ukrayna məsələsində Qərbin tutduğu mövqe ilə bağlıdır. Ərdoğanı o hövsələdən çıxarır ki, ABŞ ona təzyiq göstərir ki, Türkiyə də Suriyada İŞİD-ə qarşı vuruşsun. Putin də öz növbəsində Ukraynada baş verən münaqişəni NATO-nun Rusiya ilə həmsərhəd ölkələrdə yeritdiyi manevrlərlə bağlayır.

“Ərdoğanla Putində oxşar xüsusiyyətlər çoxdur", -müəllif yazır- "Onların hər ikisinin yaşı 60 civarındadır. Onlar uzun müddətdir ki, baş nazir və ya prezident kimi iqtidardadırlar. (Putin-1999, Ərdoğan isə 2002-inci ildən) Onların hər ikisi öz millətlərinin nəzərində Ata rolunda olmaq iddiasındadır. Hər ikisi millətçiliklə antiliberal ənənənələri özündə birləşdirən siyasət yeridir. Önların dövlət idarəçilik metodu Avropa dövlət idarəçiliyindən kəskin şəkildə fərqlənir. Onlar hakimiyyəti öz əllərində cəmləşdiriblər, müxalifətə isə Kütləvi İnformasiya Vasitələrində azaçıq yer ayırıblar. İnternetə nəzarət edirlər, məhkəmələr onların göstərişi altında işləyir, hər ikisi dini faktordan yararlanmağa çalışır. Ərdoğanın ideologiyası “Müsəlman Qardaşları” ilə eynidir. O, özünü Yaxın Şərqdə sünnilərin müdafiəçisi kimi görür.Putin isə ortodoks kilsəsinin nüfuzundan yararlanaraq, slavyan ölkələrində mövqeylərini möhkəmləndirməyə çalışır”.

“Türkiyə və Rusiya prezidentlərinin iradəsi altında 220 milyon insan yaşayır. Onların ölkələri son yüzilliyin başlanğıcından davamlı inkişaf mərhələsinə qədəm qoyub. İndi onlar öz iradələrini başqalarına qəbul etdirmək istəyirlər. Onların bu istəyi isə çoxlarını qəfil yaxalayıb. Putin də, Ərdoğan da mülli qürurun təntənəsi üçün narahatdırlar. Onların təbliğatında əsas tezislərdən biri ondan ibarətdir ki, onların ölkəsi Qərbin ucbatından tarixin müəyyən mərhələsində ciddi sıxıntılarla üzləşib. Qərb onları aldadıb. Türkiyə Fransa-Britaniya qoşunlarının Osmanlı imperiyasına 1916-ıncı ildə vurduğu zərbəni hələ də qeyzlə xatırlayır. Rusiya isə “Soyuq Müharibədən özünü qalib çıxmış hesab edən Qərb”in dünyaya yeni forma istəyini kinayəlli dillə ifadə edir. Belə bir fonda isə müflis olmuş hər iki imperiyanın günahkarları kənarda axtarılır, özlərində isə günah görmürlər, xüsusən bu imperiyalardan yaxa qurtarmaq istəyən xalqların qanuni haqları inkar olunur ”, müəllif yazır.

Son sorğuların nəticəsinə görə, Türkiyədə xalqın 53 faizi bu ölkənin Avropa Birliyinə daxil olmasını arzulayır. Bu, son dörd ildə ən yüksək göstəricidir. Rusiyada isə əhalinin 52 faizi Rusiyanın Avropa Birliyində olmasını arzulamır. Bu fikrə yalnız rusların 24 faizi müsbət baxır.

“Bu iki liderin müxalifətə münasibəti də maraqlıdır. Onlar müxalifəti Qərbə işləməkdə süçlayırlar”.

“Ancaq bu qədər oxşarlıqlara baxmayaraq, onlar arasında fundamental fərqlər də var. Və bu fərq yalnız Suriya məsələsi ilə bağlı deyil. Bəllidir ki, Ərdoğan rəsmi Dəməşqdə rejimin dəyişməsin arzulayır, Rusiya isə var gücü ilə həmin rejimi qoruyur. Başqa bir məqam daha var. Putindən fərqli olaraq Ərdoğan Qərbi qorxutmağa cəhd etmir. Məsələn, Putin açıq şəkildə deyir ki, Ukraynada baş verənlərlə məsələ bitməyəcək. Putin hesab edir ki, Rusiyanın keçmiş SSRİ ölkələri ilə bağlı veto hüququ olmalıdır. Və həmin ölkələr Rusiyanın siyasi və iqtisadi seçim etmək haqqına sahib olmamalıdır… Ərdoğan isə sadəcə Qərbə şikayət edir. Ərdoğan bu şikayəti yüksək səslə və xüsusi həvəslə həyata keçirir. Qərbə münasibətdə hövsələdən çıxmış bu iki kişidən biri ilə anlaşmaq daha asandır. Biz hara fırlatsaq da, bu belədir. Ona görə də Qərb və Avropa gələcəkdə atacağı addımları atmamışdan bu fərq haqqında ciddi düşünməlidir”…

Göründüyü kimi, Rusiya ilə Türkiyə arasında son onillikdə yaranmış xoş münasibət Qərbin ürəyincə deyil. Və müttəfiqlik səviyyəsinə yaxın olan bu birliyi neytrallaşdırmaq üçün Qərbə Türkiyə ilə anlaşmağı məsləhət görürlər. Çünki bu ölkə ilə anlaşmaq daha asan görünür… (Musavat.com)


Teqlər:





Xəbər lenti