“Amerikanın səsi” səhvini düzəltdi

“Amerikanın səsi” səhvini düzəltdi
  30 Oktyabr 2014    Oxunub:1498
“Amerikanın səsi”nin erməni xidmətinin saytındakı Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionu haqqında çəkilmiş qərəzli video reportaj (https://azvision.az/redirect.php?url=http://www.amerikayidzayn.com/media/video/2488132.html) yığışdırılıb və aşağıdakı açıqlama yerləşdirilib (https://azvision.az/redirect.php?url=http://www.amerikayidzayn.com/?refresh=1):

Düzəlişdə deyilir: “2014-cü ilin oktyabrın 18-də “Amerikanın səsi”nin erməni xidməti özünün saytında “Amerikanın səsi”nin jurnalist standartları balansını və obyektiv baxışı pozaraq Dağlıq Qarabağ barədə 10 dəqiqəlik video yerləşdirib. Biz standartlarımızın pozulmasına görə təəssüf hissi keçiririk və əmin edirik ki, “Amerikanın səsi” erməni xidməti davamlı olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi olaraq çalışacaq”.


Teqlər:





Xəbər lenti