Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək

Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək
  30 Oktyabr 2014    Oxunub:1378
Rəsmi Moskva separatçı “Donetsk və Luqansk Respublikaları”nda keçiriləcək seçkilərin nəticələrini tanısa Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaları sərtləşdirəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” Aİ-dəki mənbələrə istinadən xəbər verir.

Mənbə bildirib ki, rəsmi Brüssel separatçım respublikalarda keçirilən seçkilərin Minsk sazişinin pozulması kimi qiymətləndirir: “Müvafiq olaraq, bu seçkiləri legitim saymaqla Rusiya böhranın həll edilməsini deyil, əksinə bu böhranın dondurulmuş münaqişəyə transformasiya edilməsinə səbəb olur”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti