Azərbaycanda 11 bank ləğv edilir...

Azərbaycanda 11 bank ləğv edilir...
  30 Oktyabr 2014    Oxunub:3754
Azərbaycanda bir neçə bankın bağlanacağı gözlənilir. Bu barədə xəbərdarlıq bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov tərəfindən edilib. AMB-nın sədri bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Həmçinin E.Rüstəmov qeyd edib ki, bağlanacağı gözlənilən banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal olmayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 44 bankın fəaliyyət göstərdiyi bildirilir. Mərkəzi Bankın tələbinə əsasən 1 yanvar 2015-ci ilə kimi fəaliyyətdə olan 44 bankının hər birinin məcmu kapitalı ən azı 50 milyon manat olmalıdır. Bu tələbi yerinə yetirə bilməyən təşkilat bank kimi fəaliyyət göstərə bilməyəcək.

Hansı banklar bağlanacaq?

İqtisadçı ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, bağlanacaq bankların konkret olaraq adını çəkmək doğru olmazdı. İqtisadçının sözlərinə görə, bu həmin banklara olan inamın aşağı düşməsinə səbəb ola bilər:

“Bu gün ölkəmizdə məcmuə kapitalı ilə bağlı öhdəlikləri yerinə yetirənləridə daxil olmaqla təxminən 11 bankın maliyyə vəziyyəti və eyni zamanda əməliyyat aparmaq imkanları məhduddur. Bu 11 bankdan təxminən 5 bankın məcmuə kapitalı ilə bağlı tələbləri yerinə yetirməklə bağlı problemi olmadı. Amma digər 6 bankın məcmuə kapitalı ilə bağlı şərtləri yerinə yetirməyi ilə bağlı problem oldu. Bu gün ölkəmizdə məcmuə kapitalı 5 milyon manatdan az olan elə bank var ki, onun məcmuə kapitalı Mərkəzi Bankın müəyyənləşdirdiyi 10 milyon manatlıq məcmuə kapitalından azdı. Bu ondan xəbər verir ki, həmin bankların məcmuə kapitalı ilə bağlı öhdəlikləri yerinə yetirilməsi ilə bağlı çətinlikləri var. Bu baxımdan 6 bankın bağlanması gözlənilən idi. Çünki həmin banklar tam olaraq öz fəaliyyətlərini yerinə yetirə bilmirlər”.

Ekspert hesab edir ki, bağlanacaq bankların əmanətlərlə bağlı bir problemi olmayacaq.

“Çünki həmin bankların ümumi bank aktivlərində payı 1 faizdi. Bunun səbəblərindən biridə ondan ibarətdir ki, Azərbaycanda ümumi bank aktivlərinin 40 faizi təxminən bir bankın payına düşür. Eyni zamanda kredit öhdəlikləri həmin banklar bağlandıqdan sonra digər banka transfer olunacaq. Həmin banklara kredit borcu olan şəxslər kreditlərini Mərkəzi Bankın müəyyənləşdirəcəyi banka ödəyəcəklər”.

V.Bayramov bildirib ki, hazırda Azərbaycanda 42 bank fəaliyyət göstərir. Ekspert qeyd edib ki, gələcəkdə ölkəmizdə bankların sayı 42-dən 30-a qədər endiriləcək:

“İqtisadiyyatı Azərbaycanla müqayisədə xeyli böyük olan Qazaxstanda 34 bank var. Orada hər il bankların sayında azalma müşahidə olunur. Ümumiyyətlə Azərbaycanda adambaşına düşən bankların sayı çoxdu. Bankların sayı ilə bağlı standartlar olmasa da, amma bütün hallarda 10 milyona yaxın əhalisi olan Azərbaycanda 42 bankın fəaliyyət göstərməsi çoxdu. Gələcəkdə 6 bankdan başqa, 5 bankında rəqabətdə uduzacağı və sıradan çıxacağı proqnozlaşdırılır. Ümumiyyətlə güman olunur ki, gələcəkdə Azərbaycanda bankların sayı azalacaq. Bankların sayının azalması yaxşıdı. Çünki bu mərkəzləşdirilməyə və rəqabətin güclənməsinə gətirib çıxacaq”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti