Moskvada “Miqrant ovu”: 300 nəfər saxlanıldı

Moskvada “Miqrant ovu”: 300 nəfər saxlanıldı
  30 Oktyabr 2014    Oxunub:2115
Rusiyada hüquq-mühafizə orqanları əməkdaşları paytaxt Moskva ərazisində iki tikinti obyektində reydlər keçirib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, polis 300-ə yaxın miqrantı yoxlayıb.

“Miqrant-2014” əməliyyatları çərçivəsində Qafqaz və Mərkəzi Asiya ölkələrindən gələn 198 miqrant polis bölmələrinə gətirilib”, -deyə məlumatda bildirilir.

Miqrantlar xüsusi baza üzrə yoxlanılıb və onların barmaq izləri götürülüb. Saxlanılan şəxslərin sonrakı taleyi barədə məlumat verilmir.

Daha 86 nəfər isə Moskvanın sənaye zonalarından birində saxlanılıb.

Qeyd edək ki, “Miqrant – 2014” əməliyyatları çərçivəsində Moskvada 22-26 oktyabr tarixlərində 14 mindən çox xarici vətəndaş saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti