İsveç Fələstini dövlət kimi tanıdı

İsveç Fələstini dövlət kimi tanıdı
  30 Oktyabr 2014    Oxunub:1605
İsveç xarici işlər naziri Marqot Valstrom İsveç hökumətinin Fələstini müstəqil dövlət kimi tanıyıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Bu gün hökumət Fələstini dövlət kimi tanımağı qərar alıb. Bu əhəmiyyətli addımdır və fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu təsdiqləyir”, - deyə Valstrom vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsveç baş naziri Stefan Leven bəyan etmişdi ki, onun ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti