Xətai rayonunda iki nəfər özünü asıb
Meyitin üzərində stranqulyasiya şırımından başqa heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Hadisə yerində mətbəxdəki masanın üstündən Məcidov İlqar Rəcəb oğlu tərəfindən yazılmış məktub aşkar edilərək götürülüb.
Digər bir intihar hadisəsi isə rayonun Gəncə prospektində qeydə alınıb. Belə ki, 53 yaşlı rayon sakini Aslanov Nürəddin Güloğlan oğlu 03.05.2013-cü il tarixdə saat 01:25 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18-də yerləşən Gənclik parkının şam ağacından özünü iplə asaraq intihar edib.
Hər iki faktla bağlı cinayət işi açılıb.