“Apple” rəhbəri: “Gey olduğuma görə fəxr edirəm”

“Apple” rəhbəri: “Gey olduğuma görə fəxr edirəm”
  30 Oktyabr 2014    Oxunub:3410
Amerikanın məşhur “Apple” şirkətinin rəhbəri Tim Kuk gey olduğuna görə fəxr etdiyini bildirib.
Bu barədə “Apple” rəhbəri “Bloomberg Businessweek” nəşrinə müsahibəsində bildirib.

“İcazə verin açıq danışaq: Mən gey olduğuma görə fəxr edirəm. Hesab edirəm ki, gey olmaq tanrının mənə verdiyi ən möhtəşəm hədiyyələrdən biridir”, - deyə Kuk vurğulayıb.

“Apple” rəhbəri izah edib ki, şirkət işçilərinin böyük əksəriyyəti onun gey olduğunu bilir.

Kuk bildirib ki, bu etirafı etmək helə də asan deyil: “Mən özümü aktivist hesab etmirəm. Lakin mən başqalarının bu hüquq uğrunda verdiyi qurbanları yaxşı anlayıram”.

Kuk həmçinin bundan sonra da bu dəyərlər uğrunda mübarizə aparacıqlarını bildirib: “İrqindən, cinsindən və ya seksual oriyentasiya asılı olmayaraq bu möhtəşəm şirkətin istənilən rəhbərinin bu mübarizəni davam etdirəcəyinə inanıram. Mən şəxsən insanların bərabərliyi uğrunda mübarizəni də davam etdirəcəm”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti