Film həvəskarları üçün maraqlı xəbər

Film həvəskarları üçün maraqlı xəbər
  31 Oktyabr 2014    Oxunub:1551
“Azərbaycanda dekabrın 11-dən etibarən İMAX filmlərin nümayişinə başlanacaq”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Park Cinema şəbəkəsinin müdiri Namiq Quliyev deyib. O vurğulayıb ki, “Alov qüllələri”ndə yerləşən əyləncə və ticarət mərkəzlərindən birinin zalı İMAX üçün ayrılacaq.

Qeyd edək ki, İMAX böyük ölçüdə və yüksək keyfiyyətli film nümayişi sistemidir. Belə ki, standart kino lentinin eni 35 mm-dirsə, İMAX filmlərində bu, 70 mm-dir. Standart İMAX ekranının eni 22 metr, hündürlüyü isə 16 metrdir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti