İŞİD üzvlərinin sayı açıqlandı

İŞİD üzvlərinin sayı açıqlandı
  31 Oktyabr 2014    Oxunub:2036
80 ölkədən 15 minə yaxın insan Suriya və İraqa gələrək “İraq və Şam İslam Dövləti” və digər ekstremist terror təşkilatının sıralarına qoşulub.
AzVision.az-ın “Guardian”a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında bildirilir.

Hesabatda bildirilir ki, terrorçular sırasına qoşulan insanlar arasında bu problemin yaşanmadığı ölkə vətəndaşları da var. Bu ölkələr sırasına Çili, Norveç və Maldiv Respublikasının vətəndaşları da var: “Fransa, Rusiya, Böyük Britaniya dan olan yaraqlıların birgə əməliyyatlar aparmasına dair nümunələr var”.

Hesabatda bildirilir ki, “Əl-Qaidə” terror təşkilatının aktivliyinin azalması İŞİD kimi daha güclü terror təşkilatların yaranmasına səbəb olub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti