`Aşura günü Qarabağ şəhidləri də anılmalıdır`
Müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb.
Onun sözlərinə görə, Dövlət Komitəsi 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər təşkil etməyi nəzərdə tutur. Həmin tədbirlər Bakı ilə yanaşı, Gəncə və Qəbələ şəhərlərində də təşkil olunacaq.
K.Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb. Dövlət müşaviri ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb, müvafiq tövsiyələrini verib.
AzVision.az
Teqlər: