Maliyyə naziri Dehlidə keçirilən toplantıya qatılıb

Maliyyə naziri Dehlidə keçirilən toplantıya qatılıb
  03 May 2013    Oxunub:1422
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı İllik Toplantısı keçirilir.
2013-ci il 2-5 may tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı İllik Toplantısı keçirilir. Maliyyə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edəcək.

İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 5 min nəfər nümayəndənin iştirakı gözlənilir.

1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti