İŞİD qızları zorlayır, sonra satır - VİDEO

İŞİD qızları zorlayır, sonra satır - VİDEO
  01 Noyabr 2014    Oxunub:6998
İslam Dövləti, eləcə də İŞİD kimi tanınan militant qrup tərəfindən son bir neçə ay ərzində yüzlərlə qadın və qız oğurlanıb. Qaçmağa nail olan onlardan cəmi bir neçə nəfəri İŞİD yaraqlılarının qadınlara qarşı cinsi zorakılıqlarından, evlənməyə məcbur etmələrindən danışıb.

İŞİD yaraqlıları 15 yaşlı Yəzidi qızı İraqın şimalındakı Sincar Dağı bölgəsindən oğurlayıblar. Həbsxanadan həbsxanaya göndərilən bu qız yaraqlılarla dəfələrlə evlənməyə məcbur edilib. Bu qız saxlandığı evdən narkotik maddə taparaq onu yaraqlılara verdikdən sonra qaça bilib. İndi isə o, baş verənləri dəhşətlə xatırlayır. “Məni Suriyada satdılar. Əvvəlcə 5 günə qədər iki bacımla bir yerdə idik. Bacılarım satıldıqdan sonra onları Mosula apardılar, mən isə Suriyada qaldım.”

O, əsasən Yəzdilərdən ibarət yüzlərlə qadın və qızdan biri idi.

BMT İnsan Haqları Qrupunun bildirdiyinə görə, İŞİD tərəfindən ələ keçirilən qadınlar işgəncələrə, cinsi zorakılıqlara məruz qalır, qul kimi satılır və məcburi evləndirilir. Onların çoxu hələ də İŞİD-in əlindədir. Cəmi bir neçəsi ya icazə verildiyinə, ya da telefonunu gizlətdiyinə görə evləri ilə əlaqə saxlaya bilib.

AMAR təşkilatından Bahar Əli bu qadınların çarəsiz olduqlarını deyir. “İraq rəsmilərinə, ABŞ və beynəlxalq təşkilatlara deyin ki, bizim saxlandığımız yerləri bombalasınlar”, deyə onlar yalvarırlar. Onlar artıq yaşamaq istəmədiklərini bildirirlər.”

İnsan Haqları Təşkilatı Human Rights Watch bu yaxınlarda İŞİD-in Yəzidiləri zorla evləndirmə və dindən döndərmə halları ilə bağlı hesabat açıqlayıb. Human Rights Watch-dan Bill Flerik deyir ki, İŞİD bu hesabatda yazılanlardan nəinki utanmır, törətdikləri ilə fəxr edir. “İŞİD belə deyir, ”Human Rights Watch-un dediklərinin hamısı doğru deyil. Doğru olanlar da var və biz etdiklərimizlə fəxr edirik. Onlar bu vəhşiliklərə normal baxdıqlarını vurğulayırlar.”

Bu yaxınlarda Virciniya Universitetində İŞİD-in qadınlara qarşı zorakılığı mövzusunda konfrans keçirilib. Həmin konfransda fəallar bununla bağlı dəhşətli faktlardan danışıblar. Onlar edləcə də zorakılıq qurbanlarına yardım üçün resursların çatışmazlığından gileylənmiş və beynəlxalq donorlara müraciət ünvanlamışlar ("Amerikanın səsi").




Teqlər:





Xəbər lenti