Sərhədçilərimizin “Putin 2013” əməliyyatları

Sərhədçilərimizin “Putin 2013” əməliyyatları
  03 May 2013    Oxunub:1465
Azərbaycan, Rusiya və Qazaxıstan sərhədçiləri Xəzərdə xüsusi “Putin 2013” əməliyyatları həyata keçirirlər.
Xəzərdə, eləcə də Volqa, Kiqaç və Ural çaylarında Azərbaycan, Rusiya və Qazaxıstan sərhədçilərinin iştirakı ilə birgə “Putin-2013” operativ-profilaktik əməliyyat tədbirləri davam edir.

“10 gündür davam edən əməliyyatlar nəticəsində brakonyerlərə aid 13930 metrlik tor aşkar edilərək götürülüb və dəniz sərhədlərini pozan 28 nəfər saxlanılıb ”-deyə Qazaxıstanın Dövlət Sərhəd Xidmətindən bildirilib.

Həmçinin bildirilir ki, aparılan əməliyyat tədbirləri çərçivəsində dövlət orqanlarına təhvil verilmək və ya yarasız olduqda məhv edilməsi şərtilə 300-dən çox adi, 250 nərə balığı, 30 suiti cəmdəyi və 9 qayıq müsadirə edilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti