Putin öləndən sonra ona “Şərəf” ordeni verdi
Bu barədə Kremlin rəsmi saytı xəbər yayıb.
“Rusiya ilə Fransa arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı böyük xidmətinə görə Fransa vətəndaşı, “Total” konserninin prezidenti və Direktorlar Şurasının sədri Kristof de Marjeri “Şərəf” ordeni ilə təltif edilsin (ölümündən sonra)”, – deyə sərəncamda bildirilir.
Qeyd edək ki, Rusiyanın dostu hesab olunan Marjeri oktyabrın 21-ə keçən gecə Vnukovo hava limanında öz şəxsi təyyarəsində aviaqəza nəticəsində həlak olub.(ans)