Erməni nazirdən Azərbaycana çağırış

Erməni nazirdən Azərbaycana çağırış
  02 Noyabr 2014    Oxunub:2868
"Əsirlərin dəyişdirilməsi prosesi Ermənistanla Azərbaycan arasında birbaşa təmasların olmaması ucbatından çətinləşir".
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

Nazirin sözlərinə görə, müharibə şəraitində olan iki ölkənin təmasları yalnız beynəlxalq təşkilatların vasitəçiliyi hesabına mümkün olur: "Münaqişənin tənzimlənməsinin ən əsas şərti iki ölkə arasında etimad mühitinin yaradılmasıdır".

S.Ohanyan qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün snayperlərin təmas xəttindən geri çəkilməsini, qarşılıqlı diversiya hərəkətlərinə son qoyulmasını, təmas xəttində baş verən insidentlərin araşdırılması üçün münasib mexanizmlərin yaradılmasını vacib saydığını vurğulayıb.


Teqlər:





Xəbər lenti