Moskvada həmyerlimizin iştirakı ilə növbəti atışma

Moskvada həmyerlimizin iştirakı ilə növbəti atışma
  03 May 2013    Oxunub:1053
Moskva bazarındakı atışmadan sonra iki nəfər xəstəxanaya yerləşdirilib.
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvanın Doroqomilovski bazarında baş verən konflikt zamanı travmatik silahdan açılan atəş nəticəsində iki nəfər ağır xəsarət alıb.

Axşam 19:00 radələrində Doroqomilovski bazarında iki qrup arasında baş verən atışma zamanı atəş açanlardan biri əvvəllər Qroznıda yaşamış Azərbaycan vətəndaşı olub.

Hüquq mühafizə orqanlarından mətbuata verilən məlumata görə, atəş açan şəxslərdən bir neçəsi hadisə yerindən qaçmağa müvəffəq olub, onlar axtarışa verilib.


Teqlər:  





Xəbər lenti