Qoyun yerinə siçovul əti

Qoyun yerinə siçovul əti
  03 May 2013    Oxunub:3341
Çində insanlara siçandan hazırlanmış “yalançı” qoyun əti yedirtdilər.
Çində qastronomiya qalmaqalı yaşanıb. AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, məlum olub ki, bir sıra istehsalçılar bazara mal və qoyun əti əvəzinə siçan və tülkü əti çıxarıblar. İstehsalın həcmi minlərlə ton və milyonlarla yuan təşkil edib. Dələduzluğa görə artıq 904 nəfər həbs edilib.

Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi bildirib ki, “siçovul delikatesləri” ilk dəfə yanvarda 25-dən bazarlarda görünməyə başlayıb. Həmin vaxtdan etibarən saxtakarlığın araşdırılması üzrə iş aparılır. Səlahiyyətli şəxslər artıq 20 min tondan çox qanunsuz məhsul aşkar ediblər.

Natəmiz istehsalçılar həmçinin məhsulların istehsalı zamanı ətə su və kimyəvi maddə yeridiblər və onun saxlanılma müddətini pozublar.

Araşdırma zamanı məlum olub ki, Çinin şərqində Syansu əyalətinin Usi şəhərində qoyun ətini tülkü və siçan ətindən hazırlayaraq ona kimyəvi maddə əlavə ediblər. Bu cür istehsal nəticəsində saxta istehsalçılar 10 milyon yuan (1,64 milyon dollar) gəlir əldə ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti