Moskvada azərbaycanlıların obyekti yanıb

Moskvada azərbaycanlıların obyekti yanıb
  03 Noyabr 2014    Oxunub:1399
Moskvada azərbaycanlılara məxsus ticarət obyekti yanıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, Perovo rayonu, Novoqireyeve küçəsində yerləşən, iş adamları Akif Cəfərov, Eldar Heydərov və Rabil Şükürova məxsus marketlər şəbəkəsi naməlum səbəbdən qəfildən alışıb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək mümkün olmayıb. Hadisə nəticəsində şəbəkə sahiblərindən biri Akif Cəfərov yanıq xəsarəti alıb.

Yanğının səbəbləri araşdırılır.


Teqlər:  





Xəbər lenti