Əfqanıstan prezident öz adını dəyişdi

Əfqanıstan prezident öz adını dəyişdi
  03 Noyabr 2014    Oxunub:1675
Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay öz qəbilə adı Əhmədzaydan imtina edib.
AzVision.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, prezident bundan sonra Əşrəf Qəni adlandırılacaq.

Bu barədə müvafiq qərar Prezident Administrasiyası tərəfindən dövlət müəssisələri və KİV orqanlarına göndərilib. Prezidentin adı ilə bağlı dəyişiklik onun şəxsiyyət vəsiqəsində də edilib.

Əhmədzay – Əfqanıstanda ən böyük puştu qəbilələrdən biridir. Onun üzvlərinin bir çoxu hansı qəbildən olduğunu nümayiş etdirmək üçün öz adlarının sonluğuna bu sözü əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti