Dəhşət: İŞİD 100 nəfəri edam edib

Dəhşət: İŞİD 100 nəfəri edam edib
  03 Noyabr 2014    Oxunub:2000
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqın qərbində Albu-Nimr süni qəbiləsinin 100 üzvünü qətlə yetirib.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

Qəbilə nümayəndəsi Naim əl-Kaud öldürülən şəxslər arasında qadın və uşaqlar da var. Onun sözlərinə görə, qəbilə üzvlərinin böyük əksəriyyəti güllələnib, bəzilərinin isə başları kəsilib.

Kütləvi qətliam İraqın Ənbar vilayətində törədilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti