Qanunsuz ovçular cəzalandırıldı - FOTO
02 noyabr 2014-cü il tarixində Qax Dövlət Təbiət Yasaqlığının ərazisində isə Şəki rayonu Kiçik Dəhnə kənd sakini Sahib Məmmədrəhimov saxlanıb, ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı müvafiq qaydada akt və protokol tərtib edilərək qanun pozucusuna 1000 manat məbləğində cərimə yazılıb. Eyni zamanda, 02 noyabr 2014-cü il tarixində Saatlı rayonu Şirinbəy kəndi ərazisində içərisində 4 nəfərin olduğu 10 VC 767 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 3 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış cüllüt quşu aşkar edilib. Lakin həmin şəxslər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməyib və tüfənglərin götürülməsinə mane olmaqla ETSN-nin əməkdaşlarına müqavimət göstəriblər. Bundan başqa, reydlər zamanı İsmayıllı rayonunun Şəbiyan kəndi ərazisində də 2 nəfər naməlum şəxs saxlanılıb. Müqavimət göstərmələrinə baxmayaraq onlardan 2 ədəd ov tüfəngini və 4 ədəd patronu götürmək mümkün olub. Hər 2 fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.
Qeyd edək ki, ETSN-nin müvafiq qurumlarının əməkdaşlarının brakonyerlərin cəzalandırılması istiqamətində həyata keçirdiyi mütəmadi reydlər zamanı brakonyerlər tərəfindən ciddi müqavimət göstərilməsi, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsindən boyun qaçırılması, hətta odlu silahla hədələmə faktlarına tez-tez rast gəlinir və bu da bəzən belə qanun pozucularının cəzalandırılmasında çətinliklər yaradır. Bununla belə, hüquq-mühafizə orqanlarına edilən operativ müraciətlər sayəsində brakonyerliklə mübarizədə effektli nəticələr əldə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə reydlər davam etdirilir.
Teqlər: