İki papa bir yerdə yaşayacaq

İki papa bir yerdə yaşayacaq
  03 May 2013    Oxunub:1294
Vatikan daha bir ilkə imza atıb. İlk dəfə iki papa bir yerdə yaşayacaq.
Fevral ayında katolik kilsəsinin son 600 illik tarixində ilk dəfə olaraq taxtından imtina etmiş sabiq Papa 16-cı Benedikt və Roma Katolik Kilsəsinin indiki başçısı Papa Fransisk indi bir binada, eyni monastırda yaşayırlar.

Papa Fransisk Romanın yanındakı Castel Gandolfo qəsəbəsindəki monastırda, Vatikan rəhbərlərinin yay evində yaşayırdı. "Emerit" adlandırılan 86 yaşlı Raysinger həmin monastırda təmir getdiyi üçün Vatikanın bağçasındakı Mater Ecclesiae monastırına köçüb.

Sabiq Papanı gətirən helikopteri indiki Papa Fransisk qarşılayıb.

16-cı Benediktin monastırdakı yaşamında onun yanında Vatikanın valisi monsinyor Georq Qansveyn və 4 xidmətçi də olacaq.

20 il əvvəl tikilən 4-mərtəbəli Mater Ecclesiae monastırı 450 kv.m-lik sahəyə və 12 otağa malikdir.


Teqlər:  





Xəbər lenti