Sərnişinlərə 6 milyard dollar pul veriləcək
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya alı məhkəməsi bu barədə qərarı aviaşirkətlərlə sərnişinlər arasında dörd il sürən məhkəmə çəkişmələrindən sonra çıxarıb.
Avropa İttifaqında qüvvədə olan qanuna əsasən uzaq məsafəli uçuşlar zamanı təyyarə mənzil başına vaxtdan üç saat gec çatdıqda hər bir sərnişin 752 dollaradək təzminat almaq hüququna malikdir. Lakin bu qanun fövqəladə hallar, o cümlədən pis hava şəraiti, yaxud əməkdaşların tətili səbəbindən baş verən ləngimələrə şamil edilmir.
Qanunun qüvvəyə mindiyi 2004-cü ildən bəri aviasiya şirkətləri ləngimələri müxtəlif adlarla “fövqəladə hallar” sırasına daxil edərək kütləvi şəkildə kompensasiya ödəməkdən imtina etmişdilər. Sərnişinlərin qaldırdıqları məhkəmə iddiaları 6 il ərzində Avropa aviaşirkətləri tərəfindən dondurulmuşdu.
Bu arada Londonun “Daily Mail” qəzeti yazır ki, aviasiya kompaniyaları təyyarə biletlərinin qiymətlərini qaldırmaqla, bu xərcləri gələcək sərnişinlərin üzərinə ata bilər.
Teqlər: