NATO Rusiyaya meydan oxudu

NATO Rusiyaya meydan oxudu
  04 Noyabr 2014    Oxunub:1672
"Rusiya qırıcıları tez-tez Avropaya girir, NATO-nun cavabı kəskin olacaq"
Son zamanlar Rusiyanın qırıcı və bombardmançıları tez-tez Avropanın hava məkanına daxil olmağa başlayıb.

Bu cür bəyanatı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı (BŞQ) Filip Bridlav brifinqdə çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, son zamanlar belə müdaxilələrin sayında ümumi artım müşahidə olunur.

"Mənim fikrimcə burada diqqət çəkən fakt odur ki, əvvəllər hava məkanını kiçik qrup təyyarələr pozurdu - bəzən bir və ya iki. Lakin ötən həftə biz daha böyük qrupların həva məkanına daxil olduğunun muşahidə etdik. Onlar daha da təxribatçı marşrutlardan istifadə edərək bir qədər də dərinə hərəkət etdilər", - deyə Bridlav bildirib.

O, qeyd edib ki, bu cür güc nümayişi Avropanın hava məkanında sabitlik və təhlükəsizliyə heç bir müsbət təsir göstərmir və bu problematikdir.

Eyni zamanda o, əmin edib ki, NATO hərbiçilərinin cavab sürətli olub.(Ans)


Teqlər:





Xəbər lenti