FİFA Rusiyadan üz döndərdi

FİFA Rusiyadan üz döndərdi
  04 Noyabr 2014    Oxunub:2379
Ukrayna Futbol Federasiyası FİFA-dan üzrxahlıq məktubu alıb.
Bu barədə AzVision.az “Unian”a istinadən xəbər verir.

Məlumata əsasən FİFA məktubda Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə Dünya Çempionatının embleminin təqdim etmə mərasimi zamanı Krımın Rusiya ərazisi göstərilməsinə görə üzr istəyib.

“Rəsmi emblemin təqdımatı çərçivəsində təşkilat komitəsi Böyük Teatrın fasadında proyeksiyanın hazırlanması üçün yaradıcılıq agentliyinə tapşırıq verib. Təəssüflər olsun ki, hazırlanan proyeksiyada Ukraynanın Krım regionu Rusiya ərazisi kimi göstərilib. FİFA isə bu videonun öz saytına və “Youtube” kanalına yerləşdirilən zaman bu detalı nəzərdən qaçırıb. Bu insident barədə məlumat daxil olan kimi biz bu faktı aradan qaldırdıq. Biz bu narahatlığa görə üzr istəyirik və sizi əmin edirik ki, gələcəkdə bu cür materiallara daha diqqətlə yanaşacağıq”, - deyə FİFA-nın baş katibi Jerom Valkom tərəfindən imzalanan rəsmi məktubda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti