Paytaxtda marixuana istifadəsinə icazə verildi

Paytaxtda marixuana istifadəsinə icazə verildi
  05 Noyabr 2014    Oxunub:5595
Vaşinqton sakinləri tibbi məqsədlər üçün marixuanadan sərbəst istifadə olunmasının lehinə səs verib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən, paytaxt Kolumbiya dairəsində keçirilən seçkilərdə 64% bu qanun layihəsinin lehinə, 29%-i əleyhinə olub.

Analoji səsvermə Oreqon və Alyaska ştatlarında da keçirilib. Lakin bu ştatlardakı səsvermənin nəticələri barədə hələki məlumat verilmir.

Qeyd edək ki, ötən il marixuanadan istifadə ABŞ-ın iki ştatında – Vaşinqton və Kolorado ştatlarında da leqallaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti