Poroşenkonun Azərbayana səfəri gözlənilir

Poroşenkonun Azərbayana səfəri gözlənilir
  05 Noyabr 2014    Oxunub:1637
Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsi gözlənilir.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkəsində keçirilmiş parlament seçkilərinin yekununa dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna Prezidentləri Şurası fəaliyyət göstərir və bu çərçivədə ildə bir dəfə hər iki dövlət başçısının görüşü keçirilir.

A.Mişenko qeyd edib ki, Ukrayna Prezidentinin Azərbaycana səfəri ilə bağlı planlar var: "Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək".

O, əlavə edib ki, Prezidentin səfəri haqqında komissiyanın iclasından sonra daha konkret danışmaq mümkün olacaq.


Teqlər:





Xəbər lenti