Baş nazir müavinləri istefaya göndərdi

Baş nazir müavinləri istefaya göndərdi
  05 Noyabr 2014    Oxunub:2274
Gürcüstan baş naziri İrakli Qaribaşvili ölkənin müdafiə nazirliyinin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb.
Bu barədə AzVision.az gürcü KİV-nə istinadən xəbər verir.

“Müdafiə nazirinin birinci müavini və müavinlərinin səlahiyyətləri dayandırılmışdı”, - deyə ölkə hökumətinin saytında dərc olunan məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Daha əvvəl Gürcüstanda Müdafiə Naziri İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra Avrointeqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili də istefa edəcəyini bildirib.

Son müsahibəsində Petriaşvili "Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm”- deyə bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti