“Neftin qiymətinin büdcəyə təsiri azdır” – Samir Şərifov

“Neftin qiymətinin büdcəyə təsiri azdır” – Samir Şərifov
  05 Noyabr 2014    Oxunub:1822
Maliyyə naziri Samir Şərifov dünya bazarında neftin qiymətinin düşməsinin Azərbaycanın dövlət büdcəsinə təsirləri barədə danışıb.
AzVision.az xəbər verir ki, Milli Məclisin 6 komitəsinin və hökumət üzvlərinin iştirakı ilə keçirilən 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən nazir qeyd edib ki, bu barədə təşvişə düşməyə və tələsik qərar verməyə ehtiyac yoxdur:

”Dünya bazarında neftin qiymətinin azalmasının Azərbaycanın büdcəsinə təsir imkanları olduqca azdır. Bu baxımdan dövlət büdcəsi tam siğortlanaıb. Əgər daha uzun müddətə neftin qiymətinin aşağı olması baş verərsə, o zaman əlavə tədbirlərin artırılması tələb olunacaq. Bu da ilk növbədə Dövlət Neft Fondundan transfertlərin miqdarını artıracaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti