Alimlərimiz futbol oynayacaq

Alimlərimiz futbol oynayacaq
  05 Noyabr 2014    Oxunub:1665
AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararasi 1-ci futbol çempionatinin final oyunu keçiriləcək.
AzVision.az xəbər verir ki, oyun noyabrın 6-da saat 14:00-da keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının yeni layihəsi olan “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası 1-ci futbol çempionatı” çərçivəsində baş tutacaq final oyunundan sonra turnirin mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbirdə AMEA rəhbərliyi, ölkənin idman ictimaiyyəti və digər rəsmilər iştirak edəcəklər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti