ABŞ Rusiyaya şərt qoydu
Dövlət katibi bildirib ki, bunun üçün birinci növbədə Minskdə əldə edilən razılığa əməl edilməlidir.
"Əgər Minsk razılığına tamamilə əməl olunarsa, ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək", deyə Fransada səfərdə olan Kerri bildirib.
Dövlət katibinin sözlərinə görə, Donetsk və Luqanskda qeyri legitim prezident və parlament seçkilərinin keçirilməsi Minsk razılığını pozdu.
Kerri bəyan edib ki, ABŞ və beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini taanımayacaq.(Ans)
Teqlər: