Qatarlarda gediş haqqı aşağı düşdü

Qatarlarda gediş haqqı aşağı düşdü
  06 Noyabr 2014    Oxunub:1762
2014-cü ilin oktyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında Dövlət Statistika komitəsi məlumat yayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, 2014-cü ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 6,0 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə 1,1 faiz ucuzlaşıb.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8 faiz ucuzlaşma müşahidə olunub.

Oktyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 15,4 faiz bahalaşıb.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.


Teqlər:





Xəbər lenti