Ərdoğan İsraildən BMT-yə şikayət edəcək
AzVision.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyəm prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasla telefon danışığı zamanı bildirib.
Oktyabrın sonunda Fələstinli terrorçunun məşhur yəhudi ravvini öldürdükdən sonra İsrail hökuməti müvəqqəti olaraq Əl-Aksa məscidinə girişi məhdudlaşdırmışdı.
Qeyd edək ki, ötən gün Müqəddəs dağda yaşanan gərginlikdən sonra İordaniya israildəki səfirini geri çağırmağa qərar verib. Artıq bununla bağlı ölkənin baş naziri Abdulla Ensur ölkə XİN-nə də müvafiq tapşırıq verib.
Qeyd edək ki, daha əvvəl Müqəddəs dağda ərəblər və yəhudilər arasında toqquşmalar baş verib. İşə qarışan yəhudi polislər ərəbləri hadisə yerindən uzaqlaşıdırıblar.
Eldar Tanrıverdiyev
AzVision.az