Marqvelaşvili parlamentdə çıxış edəcək

Marqvelaşvili parlamentdə çıxış edəcək
  07 Noyabr 2014    Oxunub:2152
Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlamentin ən yaxın plenar iclasında çıxış etmək üçün sorğu göndərib.
Bu barədə AzVision.az gürcü KİV-nə istinadən xəbər verir.

“Biz artıq parlamentin ən yaxın iclasında Gürcüstan prezidentinin çıxışının gündəliyə salınması xahişi ilə bağlı sorğu göndərmişik”, – deyə prezidentin köməkçisi Georgi Kverençxildze vurğulayıb.

Öz çıxışını Marqvelaşvili Gürcüstanın Avroatlantik siyasətinə həsr edəcək və bu prosesin monitorinqini öz üzərinə götürəcək.

Kverençxildze sözlərinə görə, prezident ildə bir dəfə parlament qarşısında çıxış etmək hüququna malikdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti