Doğuş üçün anaya verilən müavinət artırılacaq

Doğuş üçün anaya verilən müavinət artırılacaq
  07 Noyabr 2014    Oxunub:2595
“Hazırda yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir. Bu məbləğ çox az olduğundan həmin məbləğ 60 manat müəyyənləşdirilsin”
AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin sosial siyasət komitəsinin iclasında, DSMF-nin 2015-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova çıxış edib.

Millət vəkili qeyd edib ki, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: “Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”

Elmira Axundova həmçinin doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını təklif edib: “Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olardı”.


Teqlər:





Xəbər lenti