Azay Quliyev amerikalı təmsilçilərlə görüşüb
Görüşdə Azay Quliev Şuranın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, bu yaxınlarda Şura ilə USAİD arasında anlaşma memorandumunun imzalandığını xatırladıb.
O həmçinin, İctimai İştirakçılıq haqqında qanunun hazırlandığını və bununla da vətəndaş cəmiyyəti institutlarının qərar qəbuletmə prosesində birbaşa iştirakının təmin oluna biləcəyini bildirib.
Şura sədri Azərbaycanda Parlament TV-nin, Parlamentdə böyük elektron kitabxananın yaradılmasının çox müsbət hal olacağını diqqətə çatdırıb.
Daha sonra qonaqlar qeyd ediblər ki, USAİD-in Azərbaycan parlamenti ilə bağlı həyata keçirdiyi proqramı 2011-ci ildə başa çatıb və indi onlar yeni bir proqram üzərində işləyirlər. Qonaqlar təmsil etdiyi qurumun hazırda dünyada 40-dan çox ölkənin parlamentləri ilə işlədiyini bildiriblər və bu parlamentlərin inkişafı üçün köməklik göstərdiklərini qeyd ediblər.
Teqlər: