Boz kardinal baş naziri hüzuruna çağırdı

Boz kardinal baş naziri hüzuruna çağırdı
  07 Noyabr 2014    Oxunub:2267
Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ədliyyə naziri Teya Çulukiani bu gün hökumətin sabiq rəhbəri, hakim “Gürcü Arzusu” koalisiyasının yaradıcısı Bidzina İvanişvili ilə görüşlər keçirəcək
. AzVision.az-ın “Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, goru. İvanişvilinin biznes-mərkəzində keçiriləcək.

Görüşdə hansı məsələləri müzakirə ediləcəyi açıqlanmır. Telekanalın ehtimalına əsasən görüşdə ötən gün ölkənin Baş Prokuroru Georgi Badaşvili baş nazir Qaribaşviliyə onun müavini İrakli Şotadze və daxili işlər naziri Aleksandr Çikaidzə ilə bağlı ötürdüyü informasiya müzakirə olunacaq.

Xatırladaq ki, daha əvvəl sabiq prezident Saakaşvilinin partiyası dəfələrlə bildirib ki, İvanaşvilinin vətəndaş sektoruna keçməsi ilə əlaqədar bəyanatlarına baxmayaraq o. Hələ də Gürcüstandakı siyasi prosesləri idarə edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti