Qondarma soyqırım Fransa parlamentində
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Xalq Hərəkatı Birliyinin (UMP) Marseldən olan millət vəkili Valeri Buaye (Valerie Boyer) başda olmaqla 23 deputat “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Layihədə “soyqırım”ı inkar edənlərə 5 il həbs cəzası verilməsi və 45 min avro cərimə kəsilməsi təklif olunur.
Teqlər: