ABŞ İŞİD-ə qarşı 1500 əsgər göndərir

ABŞ İŞİD-ə qarşı 1500 əsgər göndərir
  08 Noyabr 2014    Oxunub:2165
ABŞ prezidenti Barak Obama İraq və Şam İslam Dövləti (İŞİD) ə qarşı 1500 amerika əsgərinin göndərilməsi barədə qərar imzalayıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Obama Administrasiyasından bildirilir ki, hərbçilər döyüşlərdə iştirak etməyəcək: “Onların vəzifəsi İraq ordusu və kürd peşmərgələrinə təlim keçməkdir”.

ABŞ hərbçiləri Bağdad və İraq Kürdüstanının paytaxtı hesab edilən Ərbil şəhəri yaxınlığında yerləşdiriləcək.

Bundan əlavə Obama Konqresdən İŞİD-ə qarşı mübarizə üçün 5,6 milyard dollar ayrılmasını istəyib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti