Hərbçilərimiz Almaniyaya gedir

Hərbçilərimiz Almaniyaya gedir
  08 Noyabr 2014    Oxunub:1448
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya) Silahlara nəzarət - Vyana sənədinə uyğunluq və verifikasiya üzrə kurs, Vışkov şəhərində (Çexiya) "Kimyəvi, Bioloji, Reaktiv, Nüvə hadisələri nəticəsində əmələ gəlmiş böhranların idarə edilməsi" kursu baş tutacaq.

Eyni zamanda Kungsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabitləri üçün kurs, noyabrın 10-dan 21-dək isə Ankara şəhərində (Türkiyə) "Silahlı Münaqişə Hüququ" kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti