Obama Kerriyə müavin tapdı

Obama Kerriyə müavin tapdı
  09 Noyabr 2014    Oxunub:1640
Prezident Barak Obama ABŞ dövlət katibinin birinci müavin vəzifəsinə Entoni Blinkenin namizədliyini irəli sürüb. E.Blinken son 20 ildə ABŞ-da iki hökumətin hakimiyyəti dövründə ölkənin xarici siyasətinin planlaşdırılması ilə əlaqədar yüksək vəzifələr tutub.

ABŞ Senatı onun namizədliyini təsdiqləyərsə, o, bu vəzifədən getmiş Uilyam Bernsi əvəz edəcək. E.Blinken 2013-cü ildən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini işləyib. Onun vəzifəsi ölkə hökumətində ABŞ-ın xarici siyasətinin formalaşdırıldığı idarələrarası komitəyə sədrlik etməkdən ibarətdir. Obama hökuməti hakimiyyətinin birinci müddətində o, milli təhlükəsizlik məsələləri üzrə prezident köməkçisinin müavini və ABŞ-ın vitse-prezidentinin müşaviri olub.

1994-cü ildən 2001-ci ilədək Bill Klinton Administrasiyası yanında ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvü olan E.Blinken 2002-2008-ci illərdə isə ABŞ senatının Xarici İşlər üzrə Komitəsi əməkdaşlarının aparatına rəhbərlik edib.(AzərTAc)


Teqlər:  





Xəbər lenti