Obama məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdü
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti “CBS” telekanalına istinadən xəbər verir.
“Biz məğlub olduq. Mən bu məğlubiyyətdə görə, öz məsuliyyətimi qəbul etməliyəm. Şübhəsiz ki, iqtisadiyyat ötən dövrə nisbətən xeyli yaxşılaşıb. Yalnız Oktyabr ayında 200-dən çox iş yeri açılıb. Ümumilikdə mənim prezidentlik dövründə isə 10 milyondan çox iş yerı açılıb. İşsizlik göstəricisi bizim planlaşdırdığımızdan da sürətli şəkildə aşağı düşüb”, -deyə Obama vurğulayıb.
ABŞ prezidenti eyni zamanda bildirib ki, bu uğurlar sadə vətəndaşların həyatına o qədər də ciddi təsir etməyib. Onların gəlirləri əvvəlki səviyyədə qalıb: “Biz amerikalılara nə etməyə cəhd etdiyimizi və onları düzgün istiqamətdə getdiyimizi anlatmalıyıq”.
Qeyd edək ki, noyabrın 5-i ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən Respublikaçılar son 8 ildə ilk dəfə ABŞ Konqresində, Senatda üstünlüyə malik olub.
“Respublikaçılar” həmçinin Nümayəndələr palatasında da üstünlüyünü qoruya bilib.
İlkin məlumatlara görə, “Respublikaçılar” yuxarı palatada 52-i yerə sahib olublar. “Demokratlar” partiyasının isə 46 yerə sahib olduğu bildiriblər.
Seçkilərə qədər isə yerlərin 53-ü “Demokratlar”a, 45-i isə “Respublikaçı”lara məxsus idi.
Eldar Tanrıverdiyev
AzVision.az