Atatürkün anım mərasimində yenilik - Foto

Atatürkün anım mərasimində yenilik - Foto
  10 Noyabr 2014    Oxunub:2290
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümündə öndərin məzarı üstündə anım mərasimində yenilik olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarələr Anıtkabir üzərində səmada ürək simvolu çəkiblər.

Yerli vaxtla 10.55-də başlayan mərasimə rəsmilərin Anıtkabirə doğru yürüşü ilə start verilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və digər rəsmilərin iştirakı ilə Atatürkün məzarında anım mərasimi baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti